“Real” klubu PSJ-nin futbolçusu Neymarı transfer etmək niyyətindədir.

Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres, braziliyalı hücumçunun keçidini həll etmək üçün bankdan kreditə pul götürüb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Bir müddəl əvvəl Neymarın transferi üçün PSJ-yə müəyyən məbləğdə pul və Luka Modriçi təklif edən “Real”, rədd cavabı almışdı.