Fransa Liqasının 24-cü turunun "Bordo" ilə oyunu zamanı zədələnən PSJ-nin hücumçusu Edinson Kavani sıralara qayıdıb.
Offsideplus.az xəbər verir ki, uruqvaylı futbolçu artıq məşqlərə başlayıb. Hələlik fərdi hazırlıqla kifayətlənən 31 yaşlı forvardın Çempionlar Liqasının 1/8 final mərhələsinin “Mançester Yunayted”lə martın 6-da keçiriləcək cavab oyunda meydana çıxacağı istisna olunmur.