PSJ klubunun hücumçusu Edinson Kavani zədələnib. 

Offsideplus.az xəbər verir ki, Fransa çempionatının 24-cü turunun "Bordo" ilə matçının (1:0) ilk hissəsinin sonlarında bud nahiyyəsindən xəsarət alan uruqvaylı futbolçu oyunu davam etdirə bilməyib və Kilian Mbappe ilə əvəzlənib.

Hələlik 31 yaşlı forvardın son durumu ilə bağlı klubdan məumat verilməyib. Onun Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə oyununda iştirak edib-etməyəcəyi sual altındadır.