PSJ-nin futbolçusu Neymar zədələnib.

Offsideplus.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, o,ölkə kubokunun 1/16 finalında "Strasburq"la matçın (2:0) 62-ci dəqiqəsində ayağından zədə alıb və məcburi əvəzlənib. Braziliyalı hücumçu paltardəyişmə otağına gedən zaman göz yaşlarını saxlaya bilməyib.

Neymarın zədəsinin ciddi olub-olmadığı tibbi müayinədən keçdikdən sonra müəyyənləşəcək.