“Nitsa”nın futbolçusu Mario Balotellinin “Qalatasaray”la danışıqlar aparmaq üçün İstanbulda olduğunu xəbər vermişdik.
Offsideplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki gün əvvəl italiyalı hücumçunu İstanbula dəvət edən “cim-bom” rəhbərliyi onunla razılıq əldə edib. Balotellinin “Qalatasaray”da oynamağa müsbət yanaşdığı və “Nitsa” ilə ayrılıq şərtlərini danışmaq üçün Fransaya qayıtdığı bildirilib.
“Nitsa” ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Balotelli, bu mövsüm iştirak etdiyi 10 oyunda qol hesabını aça bilməyib.