Futbol üzrə Fransa çempionatının XVIII turu çərçivəsində keçirilməli olan "Nitsa" - "Sent-Etyen" və "Nant" - "Monpelye" qarşılaşmalarının vaxtı dəyişdirilib.

Offsideplus.az Fransa I Liqasının saytına istinadən xəbər verir ki, bu oyunlar müvafiq olaraq dekabrın 14 və 15-i tarixlərində keçirilməli idi.

Matçların keçirilmə tarixləri sonra müəyyən ediləcək. Onların təxirə salınması qərarı son həftələr Fransada yanacağın qiymət artımına qarşı keçirilən etiraz aksiyaları səbəbindən qəbul olunub.

Bundan əvvəl də Fransa çempionatında iki matç təxirə salınmışdı.