“Barselona”nın sabiq futbolçusu Xavi Neymarın Kataloniya klubuna keçəcəyi ilə bağlı iddialara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, İspaniyanın “Cadena Sar” nəşrinə açıqlama verən Xavi, braziliyalı futbolçunun “Barsa”ya qayıtmayacağını deyib:
“Bunu təsəvvür edə bilmirəm. Məncə, Neymarın qayıtması mümkün deyil. Mətbuatı izləyirəm və futbolda nə baş verir, xəbərim var. Hesab edirəm ki, Neymarın “Barselona”ya qayıtmaq şansı yoxdur. O, Kriştiano Ronaldo və Lionel Messi səviyyəsinə çata bilər. Bunun üçün çox çalışmalıdır”.
Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında PSJ-yə transfer edilib. 26 yaşlı futbolçunun Paris təmsilçisiylə 2022-ci ilə qədər müqaviləsi var. İspaniya və Fransa mətbuatı Neymarın “Barselona”ya transfer olacağını iddia edir.