PSJ-nin futbolçusu Edinson Kavani klubunu tərk edə bilər. 

Offsideplus.az xəbər verir ki, Madrid "Real"ı 31 yaşlı hücumçunu transfer etmək istəyir. Uruqvaylı oyunçunun PSJ-də komanda yoldaşları gərgin münasibətləri səbəbindən Madrid təmsilçisinə getməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, E.Kavani 2013-cü ildən PSJ-də çıxış edir.