PSJ-nin futbolçusu Dani Alveş "Sky Sport"a şok açıqlama verib.

Offsideplus.az xəbər verir ki, braziliyalı futbolçu "Barselona"da rəhbərliyi altında oynadığı Pep Qvardiolanı tərifləyib və onunla işləməyi sekslə müqayisə edib: 
"Onunla danışdığım ilk günü çox yaxşı xatırlayıram. İlk andan məni niyə istədiyini çox yaxşı anlatmışdı. "Əgər dediklərimi etsən, böyük işlər görə bilərik" demişdi. Qvandiola məni bir futbolçu olaraq çox inkişaf etdirdi, bir çox şey öyrətdi. Hər müsahibəmdə onun dünyanın ən yaxşı mütəxəssisi olduğunu deyirəm. İşlədiyim ən yaxşı insandır. Onunla bərabər çox şey qazandıq. Qvardiola ilə çalışmaq sekslə məşğul olmaqdan daha gözəldir".
Qvardiolanın Alveşin sözlərinə reaksiyası isə belə olub: "Mən seksi seçərdim".
 
Fanat.Az