İspaniya La Liqasının 10-cu turunda keçiriləcək Barcelona – Real oyununun hakimi müəyyənləşib.

Offsideplus.az  “Marca” nəşrinə istinadən xəbər verir ki,  “El-Klassiko”nu  Sançes Martines idarə edəcək. Görüşün VAR (videotəkrar) hakimi isə Alexandro Ernandes Ernandes olacaq.

Qeyd edək ki, oktyabrın 28-də keçiriləcək Barcelona – Real matçı Bakı vaxtı ilə 19:15-də başlayacaq.