"Barselona"da ağır itki baş verib.

Offsideplus.az xəbər verir ki, "Barsa"nın "Leqanes"ə minimal hesabla məğlub olduğu matçda zədələnən Lamin Yamal 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Futbolçunun sağ ayaq biləyindəki bağlardan birində birinci dərəcəli yaralanma müəyyən edilib. 

Yamalın qarşıdakı "Atletiko", "Xetafe", "Valensiya", "Alaves", "Sevilya" ilə matçlarda çıxış edəcəyi gözlənilmir.