Barcelona-nın zədəli müdafiəçisi Samuel Umtitinin durumuna aydınlıq gəlib.

Offsideplus.az-ın “Diario Sport”a istinadən verdiyi məlumata görə, dizindən zədə alan fransalı futbolçunun bərpa prosesi plan üzrə getmir və tam sağalması uzun çəkə bilər. Hətta Kataloniya klubu onun bu il meydana çıxmayacağından ehtiyatlanır.

Diz qığırdağında problem olan futbolçunun müalicəsi üçün 2 variant var: ya əməliyyat keçirməlidir, ya da qığırdaq toxuması bərpa olunmalıdır.