Real-ın baş məşqçisi Julen Lopeteqinin işləri qaydasında getmir.

Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, uğursuz nəticələr davam etsə, onunla yollar ayrılacaq. İspan mütəxəssisin yerinə iki namizəd bəllidir. Nəşrin iddiasına görə, Santiaqo SolariAntonio Konte komandanı çalışdıra bilərlər.

Qeyd edək ki, Konte son olaraq, Chelsea-də çalışıb. Solari isə 2016-cı ildən Real-ın B komandasındadır.