"Valensiya"nın gürcüstanlı qapıçısı Georgi Mamardaşvili klubu ilə bağlı planlarından danışıb.

Offsideplus.az "Marca"ya istinadən xəbər verir ki, qolkiper bunları söyləyib:

"Mən bütün diqqətimi komandamın La Liqadakı yerini qoruyub saxlamasına kömək etməyə yönəltmişəm. Bunun üçün çox çalışacağam".

Qeyd edək ki, "Liverpul" 30 milyon avro məbləğ müqabilində Mamardaşvilini "Valensiya"dan satın alıb və eyni zamanda cari mövsümün sonuna qədər "yarasalara ödənişsiz əsasda icarəyə verib.