La Liqada IX turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, Bertuğ Yıldırımın formasını geyindiyi "Xetafe" "Osasuna" ilə qarşılaşıb. Matçın 21-ci dəqiqəsində türk ulduz hesabı açıb. Bu onun komandada ilk qolu olub.
Lakin "Osasuna" 60-cı dəqiqədə Ante Budimir ilə tablodakı rəqəmlərə tarazlıq gətirib. Görüş "1-1" hesablı bərabərliklə başa çatıb.
Qeyd edək ki, "Xetafe" 8 xalla turnir cədvəlinin 9-cu pilləsində, "Osasuna" isə 15 xalla 5-ci sırada qərarlaşıb.