Türk ulduz komandasında ayın oyunçusu seçilib.

Offsideplus.az xəbər verir ki, Kenan Yıldız "Yuventus"un heyətində bu uğura nail olub. Gənc futbolçu İtaliya A Seriyasının VII turu çərçivəsində baş tutan "Kalyari" ilə matçdan öncə təltif olunub. 

Qeyd edək ki, Kenan qarşılaşmanın 77-ci dəqiqəsində meydana daxil olub. Görüş "1-1" bərabərliklə başa çatıb.