Cənubi Koreya çempionatında mövsümün əsas hissəsi başa çatıb.

Offsideplus.az xəbər verir ki, millimizin futbolçusunun formasını geyindiyi "Decon" 11-ci sırada başa vurub. Antonun komandası 33-cü turda "Jeju" ilə qarşılaşıb və "2-1" hesablı məğlubiyyətlə üzləşib. 

Krivotsyuk start heyətdə meydana çıxıb və sona qədər oynayıb.

Qeyd edək ki, reqlamentə əsasən komandalar iki qrupda yarışacaq. 5 turdan ibarət mərhələdə ilk altı klub yüksək yerlər uğrunda, digər altılıq isə liqada qalmaq uğrunda mübarizə aparacaq.