Misli Premyer Liqasının IX turunda "Qarabağ" 1:0 hesabla "Sumqayıt"ı məğlub edib. 

Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb:

"Futbolçularımı təbrik edirəm. İstirahət qabağı vacib qalibiyyət idi. Komandanın yarısı istirahətdə olacaq, yarısı milli komandaların düşərgəsinə yollanacaq. Bu stadionda, bu şəhərdə oynamaq bizim üçün həmişə xoşdur. Belə azarkeş qarşısında oynamaq futbolçulara əlavə motivasiya verir. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, çox səliqəli dəstək verdilər. "Sumqayıt"a uğurlar arzulayıram. Futbolçularımın hər birindən razı qaldım".