Madrid derbisi öncəsi "Real"ın baş məşqçisi Karlo Ançelotti Kilian Mbappenin yoxluğuna baxmayaraq komandasının gücünü vurğulayıb.

Offsideplus.az xəbər verir ki, “Mbappesiz də oynamağı bilirik. Ötən mövsüm o burada deyildi” deyən Ançelotti, əsas diqqəti "Atletiko" matçının çətinliyinə çəkib.

Ançelotti ""Atletiko" bu mövsüm keçən illə müqayisədə daha yaxşıdır. Onlar yaxşı oyunçularla gücləniblər və La Liqada bizimlə yarışacaqlar” ifadəsini işlədib.