Ötən mövsüm La Liqanın 35-ci turunda “Valensiya” ilə görüşdə "Real"ın üzvü Vinisius Junior azarkeş tərəfindən irqçi təhqirə məruz qalmışdı.
Offsideplus.az xəbər verir ki, eyni hərəkəti “Malyorka” – “Vilyarreal” matçında da təkrarlayan şəxs polis tərəfindən saxlanılıb.
Məhkəmə azarkeşi 12 ay azadlıqdan məhrum edib və 3 il müddətinə futbol yarışlarına girişini qadağan edib.
Maraq üçün bildirək ki, braziliyalı İspaniyada bu hərəkətin tərlanmasını istəmədiyini açıqlamışdı. Belə hadisənin yenidən baş verməsi nəticəsində adı çəkilən ölkənin cəzalanmasına çalışacağını bildirmişdi.