PSJ-dən ayrıldıqdan sonra klubsuz qalan Keylor Navas "Barselona"da çıxış etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Mark Andre Ter-Ştegenin zədələnməsindən sonra sürətli bir şəkildə yeni qapıçı transfer etməyi qərara alıb. "Mundo Deportivo"nun yaydığı məlumata görə, komandanın keçmiş oyunçularından Klaudio Bravo da yenidən İspaniya nəhənginin çərçivəsini qorumaqda istəklidir. 

Ancaq onunla yanaşı Navasın da kluba transfer olunmaq niyyətində olduğu iddia edilir. Hətta, 37 yaşlı qolkiperin prossesi asanlaşdırmaq məqsədilə böyük maaş tələb etməyəcəyi də vurğulanıb.

Qeyd edək ki, kosta-rikalı 2014-2019-cu illərdə "Real"ın formasını geyinib.