"Barselona" ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, La Liqanın 5-ci turunda "Jirona" ilə görüşdə (4:1) Daniel Olmo zədələnib.

Yarımmüdafiəçi sağ budundan zədə alıb. Olmo 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, futbolçu La Liqada 3 oyunda 3 qol vurub.