"Real Madrid" klubunun 3 futbolçusu zədəsini sağaldıb.

Offsideplus.az xəbər verir ki, Cud Bellinqem, Aurelien Çuameni və Eder Militao yaşıl meydanlara qayıdıb. Oyunçular bu gün baş tutan komanda məşqlərində iştirak edib. 

Qeyd edək ki, "Kral klubu" sentyabrın 14-də "Real Sosyedad" ilə üz-üzə gələcək.