Mark Andre Ter Ştegen "Barselona" klubundakı gələcəyindən danışıb.
Offsideplus.az xəbər verir ki, alman qolkiper Kataloniya təmsilçisi ilə müqaviləsi barədə bu sözləri deyib:
"Gələcəyim? Nə olacağını görəcəyik. Hazırda olan vəziyyətdən çox, çox razıyam. 10 ildən çoxdur çıxış etdiyim klubdan məmnunam. "Barselona"da çox xoşbəxtəm".
Qeyd edək ki, Ter Ştegenin "Barselona" ilə müqaviləsinin müddəti 2028-ci ildə başa çatacaq.