Atletico-nun futbolçusu Dieqo Koşta Chelsea-nin sabiq baş məşqçisi Antonio Kontenin işsiz qalmasından məmnundur.
Offsideplus.az xəbər verir ki, Koşta Chelsea-də oynadığı dönəmdən danışıb. O, Antono Konte ilə münasibətlərinin gərgin olduğunu və “zadəganlar"ı məhz onun ucbatından tərk etdiyini vurğulayıb:
“Həmin vaxtlar həyatımın pis günləri idi. Bunun günahı isə məndə deyildi. İnsanlar çox şey danışırdılar, amma zaman həqiqəti üzə çıxardı.
Baxın, Konte indi hardadır? Chelsea-ni yaxşı vəziyyətdə tərk etmədim. Ancaq bu, mənim günahım ucbatından baş vermədi.
Dieqo Simeone elə bir məşqçidir ki, futbolçuları üçün divardır. O, çox səmimidir və səni komandasında görmək istəmirsə, bunu açıq şəkildə deyəcək. Üstəlik, sənə kömək də edəcək ki, gələcək karyeranı qura biləsən. Chelsea-də isə belə deyildi. Biz Konte ilə birlikdə Premyer Liqanın qalibi olduq. Bundan sonra isə o, mesaj göndərdi ki, sən mənə lazım deyilsən.
Mənim Atletico-ya qayıtmaq şansım vardı. Və hesab edirdim ki, bunun üçün heç bir maneə yoxdur. Ancaq mənə deyəndə ki, Chelsea-nin əvəzedici heyəti ilə məşq etməliyəm... Bundan sonra tam qərar verdim ki, mütləq “Atletiko”ya qayıtmalıyam. Hətta başqa təkliflər olmasına baxmayaraq. Əks halda, Braziliyada qalacaqdım. Mənim dəyərlərimi pulla almaq olmaz”.