"Barselona" "Atletik"in üzvü Niko Ulyamsı transfer etmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi keçidi həyata keçirməkdə problem yaşayır. Bilbao klubu gənc futbolçu üçün 58 milyon avro tələb edir.
"Barselona" bunun üçün 100 milyon avro kredit götürmək istəyir. Bunu "Mundo Deportivo" yayıb.
"Atletik" "Barselona"da ödənişi hissə-hissə qəbul etmək istəmir. Bu səbəbdən də kataloniyalılar kredit götürmək məcburiyyətindədir.
Qeyd edək ki, Niko Ulyams ötən mövsüm 48 qarşılaşmada 10 qol vurub, 24 məhsuldar ötürmə edib.