AÇ-2024-dəki performansı ilə diqqətləri üzərinə cəlb edən Arda Gülərə İtaliya A Seriyasından "elçi" var.
Offsideplus.az "Defensa Central"a istinadən xəbər verir ki, türk yarımmüdafiəçi ilə "Milan" yaxından maraqlanır. İtaliya klubu oyunçunu icarəyə götürmək istəyir. "Kral klubu" isə qərarında qətidir: 2029-cu ilədək müqaviləsi olan Ardanı buraxmayacaq.
Baş məşqçi Karlo Ançelotti də Toni Kroosun gedişindən sonra yaranan boşluğu Arda Gülərlə doldurmaq istəyir.