"Real" "Lill"in futbolçusu Leni Yoro ilə şəxsi razılıq əldə edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.

Qeyd olunub ki, "kral klubu" müdafiəçinin təzminat məbləğini ödəyərək onu sıralarına qatacaq.

18 yaşlı oyunçu geridə qalan mövsümdə 44 oyunda 3 dəfə fərqlənib. Onun "Lill"lə müqaviləsi növbəti mövsümün sonunda başa çatacaq.