“Barselona” itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, katalonların fransız müdafiəçisi Samuel Umtiti zədələnib. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Xəbərdə 24 yaşlı futbolçunun şənbə günü keçiriləçək “Barselona” - “Atletik” matçında iştirak etməyəcəyi bildirilib.

Umtitinin “Barselona”nın Çempionlar Liqasında “Tottenhem”ə qarşı keçirəcəyi oyunda iştirakı da sual altındadır.