"Palmeyras"ın hücumçusu Endrik Avropaya yollanmazdan əvvəl son oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, vunderkind Libertadores kubokunda qolsuz heç-heçə ilə başa çatan “San Lorenso” ilə matçda 70-ci dəqiqəyə kimi oynayıb. Endrik üçün bu, "Real"a keçməzdən əvvəl doğma klubu üçün vida matçı olub - hücumçu 18 yaşını qeyd etdiyi iyul ayında Madrid nəhənginin sıralarına qoşulacaq.
Ümumilikdə Endrik “Palmeyras”ın heyətində 82 matçda 21 qol vurub və 4 məhsuldar ötürmə edib.