Bildiyiniz kimi, Alvaro Neqredo karyerasını "Valyadolid" davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, ispaniyalı 38 yaşlı forvard 2 gün öncə La Liqa 2 təmsilçisi ilə müqavilə imzalayıb.

İspaniyalı hücumçu ilə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Sən demə, Neqredo karyerasını Azərbaycanda davam etdirə bilərmiş. Agentlər onu Premyer Liqa təmsilçilərinə təklif edib. Məşhur hücumçu Azərbaycana gəlməyi qəbul edib. Lakin aylıq maaş olaraq 80 min avro istəyib. Menecerlər isə bu istəyin reallaşmasının mümkün olmadığını bildirib. Beləliklə, ispaniyalı hücumçunun Azərbaycana gəlişi alınmayıb.

Qeyd edək ki, Neqredo karyerası ərzində "Real", "Sevilya", "Mançester Siti", "Valensiya", "Midsbro", "Beşiktaş", "Əl-Nəsr" kimi klublarda çıxış edib. Hücumçu İspaniya millisinin heyətində 21 qarşılaşmada 10 qol vurub. 38 yaşlı forvard Avropa Çempionatında və İngiltərə Premyer Liqasında çempionluq sevinci yaşayıb.

İLKİN SULTANLI