Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti "kral klubu"nun yeni transferi Arda Gülərlə bağlı danışıb.

 Offsideplus.az "Fanatik"ə istinadla xəbər verir ki, italiyalı mütəxəssis dizindən əməliyyat olunması səbəbilə uzun müddət yaşıl meydanlardan kənarda qalan türkiyəli yarımmüdafiəçinin sabah UEFA Çempionlar Liqasının C qrupunda "Yunion Berlin" klubu ilə qarşılaşmada meydana çıxa biləcəyini qeyd edib.

Qeyd edək ki, sabah keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.