Eder Militaonun uzun müddətə sıradan çıxması ilə Serxio Ramosun adı "Real Madrid" ilə hallanır. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu"na yaxın olan mənbə 37 yaşlı müdafiəçinin keçmiş klubuna dönmək istədiyini açıqlayıb. Lakin Madrid təmsilçisi Ramosu qaytarmaq fikrində deyil. Klub Ramosun mümkün transferi ilə bağlı yayılan iddiaları yalanlamaqla məşğuldur. 

Qeyd edək ki, ağır zədələnən Militao üçün mövsüm başa çatıb. 

Xatırladaq ki, Ramos 2021-ci ildə "Real"dan azad agent kimi ayrılaraq, PSJ-yə keçmişdi. Bu yay klubla sözləşməsinin müddəti başa çatan Serxio hazırda klubsuzdur.