Madrid “Atletiko”sunun hücumçusu Alvaro Morata klubla müqaviləni uzadacaq.
Offsideplus.az xəbər verir ki, Morata Madrid klubu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq barədə razılığa gəlib. Müqavilə tezliklə imzalanacaq.
Hücumçu klub rəhbərliyi və baş məşqçi Dieqo Simeone ilə danışdıqdan sonra “Atletiko”da qalmağa qərar verib.
30 yaşlı futbolçu 2022/23 mövsümündə La Liqada 36 oyuna çıxıb və 13 qola imza atıb.