Niderlandlı müdafiəçi Kərim Rekik “Əl-Cəzirə”yə transfer edilib.

Offsideplus.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubunun mərkəz müdafiəçisinin Birləşmiş Ərəb Əmirlikləri klubu ilə müqaviləsinin müddəti açıqlanmayıb.

28 yaşlı futbolçu yeni klubunda 4 nömrəli formanı geyinəcək. BƏƏ klubu bu transferə görə La Liqa təmsilçisinə 2 milyon avro ödəyib.