Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondunun nümayəndəsi Madrid "Real"ının baş məşqçisi Karlo Ançelottiyə yerli çempionatda klublardan birində çalışmaq təklifi edib.

Offsideplus.az xəbər verir ki, ona çox milyon dollarlıq müqavilə təklif olunub. Lakin italiyalı mütəxəssis qəti şəkildə bundan imtina edib.

Dövlət İnvestisiya Fondu bir sıra klublara, o cümlədən Kriştiano Ronaldonun oynadığı “Əl-Nəsr”ə sahibdir.