Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti komandanın yeni transferi Arda Gülər haqda danışıb.

 Offsideplus.az xarici KİV-ə istinadla xəbər verir ki, təcrübəli mütəxəssis gənc türkiyəli oyunçunu yüksək keyfiyyətli futbolçu adlandırıb:

"Arda Gülər ​​yüksək keyfiyyətli oyunçudur. İnanıram ki, "Real" azarkeşləri onunla çox əylənəcəklər".

Xatırladaq ki, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi "kral klubu" ilə 2029-cu ilədək müqavilə bağlayıb.