"Barselona" klubunun sağ cinah müdafiəçisi Serjinyo Dest İngiltərənin iki klubunun maraq dairəsindədir.

 Offsideplus.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, 22 yaşlı ABŞ-li futbolçuyla "Kristal Palas" və "Fulhem" yaxından maraqlanır.

Məlumata görə, "Barselona" rəhbərliyi oyunçunun transfer qiymətini 17 milyon avroya endirib. Ki, bu da Premyer Liqa klublarının işini asanlaşdıra bilər.