"Real Madrid"  "Fənərbağça"dan Arda Güləri rəsmən heyətinə qatıb. 

Offsideplus.az xəbər verir ki, "Kral klubu" 18 yaşlı yarımmüdafiəçi ilə 6 illik sözləşmə bağlayıb.

"Real" Türkiyə millisinin üzvü üçün "Fənərbağça"ya 20 milyon avro ödəniş edib. Bundan əlavə, futbolçunun performansından asılı olaraq, "Kral klubu" "sarı-lacivərtlər"ə 10 milyon avro bonus ödəyəcək. Arda Gülərin başqa kluba transferi halında "Fənərbağça" "Real Madrid"in əldə edəcəyi gəlirin 20%-ni qazanacaq.