Madrid "Atletiko"sunun yarımmüdafiəçisi Joffre Kondoqbia "Marsel"ə keçəcək.

Offsideplus.az xəbər verir ki, Fransa klubu futbolçunu 8 milyon avroya transfer etmək üçün Madrid təmsilçisi ilə razılığa gəlib.

Fransalı yarımmüdafiəçi ilə 2027-ci ilə qədər müqavilə imzalanacaq.

Kondoqbia ötən mövsüm La Liqada 20 oyuna çıxıb və 2 qolun ötürməsini verib.