İtaliyanın "Milan" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi, "Valensiya"nın mərkəz yarımmüdafiəçisi Yunus Musanı sıralarına qatmaq niyyətindədir.

La Liqa klubu isə 20 yaşlı futbolçu üçün qarşı tərəfdən 20 milyon avro tələb edir.

Bildirək ki, ABŞ-li futbolçunun "Valensiya" ilə 2026-cı ilədək müqaviləsi var.