"Xetafe" baş məşqçisi Xose Bordalas ilə yeni müqavilə imzalayıb.

 Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi 59 yaşlı ispaniyalı mütəxəssis ilə müddəti  2 illik nəzərdə tutulan anlaşmaya imza atıblar.

Xatırladaq ki, Bordalas 2023-cü ilin aprel ayından Madrid təmsilçisinin "sükanı arxasına" gətirilib.

Qeyd edək ki, "Xetafe" geridə qalan mövsümü 42 xalla 15-ci pillədə başa vurub. Komanda düşmə zonasında yer alan rəqiblərini 2 xal qabaqlayaraq La Liqada qalmağı bacarmışdı.

Fəqan İbrahimli