"PSJ ilə bağlı niyə belə çox şayiələrin olduğunu bilmirəm. Amma inanın ki, ortada heç bir şey yoxdur".

Offsideplus.az xəbər verir ki, bu barədə Usman Dembele "Marca"ya söyləyib.

Qeyd edək ki, iyul ayından etibarən Dembelenin müqaviləsindəki 50 milyon avroya satış maddəsi işə düşəcək. Lakin futbolçu "Barselona"da oynamaqdan məmnundur, klub yeni müqavilə üzərində çalışır.

 

Günay Xəlil