Karlo Ançelotti "Everton klubunu London Ali Məhkəməsinə şikayət edir.
Offsideplus.az xəbər verir ki, bu barədə "Guardian" məlumat yayıb.
Belə ki, italiyalı mütəxəssis 2 il öncə "Everton"dan ayrılan zaman klubla arasında kommersiya müqavilələri ilə bağlı anlaşılmazlıq olub.
Qeyd edək ki, Ançelotti 2021-ci ilin yayında "Everton"dan "Real Madrid"ə keçib.
Günay Xəlil