Fransa “Renn”i müdafiəçisi Loik Badeylə vidalaşıb.

Offsideplus.az xəbər verir ki, İspaniyanın “Sevilya” klubu bu ilin yanvarinda satınalma şərti ilə icarəyə götürdüyü futbolçunun transfer hüquqlarını da alıb.

23 yaşlı futbolçunun keçidi La Liqa klubuna 12 milyon avroya başa gəlib. Futbolçu ilə müqavilə isə 2027-ci ilin yayına kimi nəzərdə tutulub.