Xavi Leo Messinin "Barselona"ya mümkün transferi ilə bağlı klubun prezidenti Joan Laporta ilə danışıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Sport" məlumat yayıb. İspan mütəxəssis bu sözləri deyib:
"Prezidentə dedim ki, Messinin qayıtması doğru addımdır. Heç bir şübhə ola bilməz, o, bizim sistemimizə uyğundur. Leo ilə bağlı ağlımda taktiki plan var. Qərar Messinindir. Məncə, o qərar verməlidir. Bəli, Leo ilə danışıram".
Qeyd edək ki, Leo Messinin PSJ ilə sözləşməsinin müddəti iyun ayında başa çatacaq.