Xavi "Barselona" ilə müqaviləsini uzadacaq.
Offsideplus.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. Klubla baş məşqçi arasında aparılan danışıqlar son həftələrdə böyük irəliləyiş əldə edib. Tərəflər son detalları razılaşdırdıqdan sonra yekun qərar veriləcək.
Mütəxəssislə 2026-cı ilə qədər müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Xavi 2021-ci ildən "Barselona"ya rəhbərlik edir. 2022/23 mövsümündə onun rəhbərlik etdiyi komanda İspaniya çempionu olub və ölkə Superkubokunu qazanıb.
Fəqan İbrahimli