"Vinisiusa dəstək olmağım madridistalarla bağlı deyil".

 Offsideplus.az xəbər verir ki, bu sözləri "madridistalar sizin dəstəyinizi alqışlayacaq", ifadəsinə cavab olaraq "Barselona"nın baş məşqçisi Xavi deyib.

"Vinisius "Real Madrid" futbolçusu olmağından öncə bir insandır. İrqindən asılı olmayaraq bütün oyunçulara dəstək olmaq lazımdır".

Qeyd edək ki, braziliyalı hücumçu ötən gün "Valensiya"ya qarşı oyunda azarkeşlər tərəfindən irqçi ifadələrlə təhqir olunub.

 

Günay Xəlil