İspaniyanın "Barselona" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Sport"a istinadla xəbər verir ki, Kataloniya təmsilçisi yayda "Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabatı sıralarına qatmaq niyyətindədir.

Kataloniya təmsilçisinin baş məşqçisi Xavi Ernandes 26 yaşlı mərakeşli futbolçunu komandadan ayrılacağı gözlənilən Serxio Busketsə əvəzləyici olaraq görür.