"Barselona" klubu yayda heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Kataloniya təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisi Denis Zakaryanı transfer etmək istəyir.

Məlumata görə, "Barselona" 26 yaşlı futbolçu üçün qarşı tərəfə təklif yollayıb.